Qazaxıstanın Baş naziri İrana səfər edib

Qazaxıstanın Baş naziri İrana səfər edib

Qazaxıstanın Baş naziri Əlixan İsmayılovun başçılıq etdiyi nümayəndə heyəti Tehrana səfər edib.

APA xəbər verir ki, səfər iki ölkə arasında iqtisadi-ticarət münasibətlərini genişləndirmək və əlaqələrdə daha çox mobillik yaratmaq məqsədilə həyata keçirilib.

Səfər çərçivəsində Tehran və Astana arasında nəqliyyat, ixrac, texniki-mühəndislik xidmətləri, tranzit, enerji, bank sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qazaxıstan rəsmisinin Tehrana səfəri zamanı İran İslam Respublikasının bir sıra yüksək vəziəli şəxsləri ilə görüşü də nəzərdə tutulur.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =