Sankt-Peterburqun üç rayonunda partlayış səsi eşidildi

Sankt-Peterburqun üç rayonunda partlayış səsi eşidildi

Rusiyanın Sankt-Peterburq şəhərində gecə saatlarında üç rayonun sakinləri partlayışa bənzər gurultulu səs eşidiblər.

Söhbət Pavlovski, Puşkinski və Kolpinski rayonlarından gedir.

Yerli sakinlər Fövqəladə Hallar Xidmətinə məlumat veriblər. Lakin hadisə yerinə gələn Fövqəladə Hallar Xidməti əməkdaşları heç nə tapmayıblar.

Bundan əlavə, rayonlardan birinin ərazisində mühafizəçi də güclü partlayış səsi eşidib, lakin yaxınlıqda yanğına bənzər hər hansı hadisə aşkarlanmayıb.

Əməliyyat xidmətləri nəticədə partlayış yerini aşkar ediblər. İlkin məlumatlara görə, bunun Pavlovskda tərk edilmiş bir qazanxana olduğu ortaya çıxıb. Burada çökmə əmələ gəlib və mütəxəssislər tərəfindən şübhəli çəllək tapılıb.

Partlayış nəticəsində əmələ gələn qırıntılar qazanxanadan 300 metr aralıda yerləşən obyektə zərər vurub.

Mənbə: “Mash na moyke” “Telegram”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + 17 =