Suriya müharibəsinin qalibi Bəşər Əsəddir

Suriya müharibəsinin qalibi Bəşər Əsəddir

Ərəb Liqasının baş katibi vurğulayıb ki, Suriyada davam edən döyüşün qalibi Bəşər Əsəddir.

Mehr xəbər agentliyinin Arabi 21-ə istinadla verdiyi məlumata görə, Ərəb Liqasının baş katibi Əhməd Əbul Qeyt Suriya prezidenti Bəşər Əsədin bu ölkədəki döyüşdə hərbi üstünlüyü və Suriya müxalifkırinin Dəməşqə girməsindəki uğursuzluğu zamanı qalib gəldiyini vurğulayıb.

O, əlavə edib: Suriyanın Ərəb Liqasına üzvlüyünü tələskənliklə dayandırmazdan əvvəl Suriya rejiminə şans vermək daha yaxşı olardı.

Əbul Qeyt aydınlaşdırdı: Əgər mən o zaman Ərəb Liqasında olsaydım, belə bir şeyin baş verməsinə icazə verməyim mümkün olmazdı.

O, Bəşər Əsədlə görüşlə bağlı deyib: Suriyanın Ərəb Liqasına üzvlüyü yenidən aktivləşərsə, mən Bəşər Əsədlə görüşəcəyəm və ondan əvvəl belə bir şey hüquqi baxımdan mümkün deyil.

Əbul Qeyt davam etdi: Suriya rejiminin Ərəb Liqasındakı öz kürsüsünə qayıtmaq istəyi son dövrdə artıb, lakin bu məsələ hələ yekunlaşmayıb.

O, əlavə edib: Bu gün Suriya hökuməti ilə ikitərəfli əlaqələr qurmaq meylləri var. Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin İordaniya, Misir və İraqın iştirakı ilə Ciddədə keçirilən iclasında Suriyanın Ərəb Liqasına qayıtması məsələsi gündəmə gətirilsə də, fikirlər fərqli olub.

Bu, son vaxtlar və Tehranla Ər-Riyad arasında razılaşmadan sonra Səudiyyə Ərəbistanı Suriyanı mərhələləi şəkildə qəbul edib ərəb dünyasına qayıtmaq üçün Suriyanın xarici işlər naziri Feysəl Müqdadı Ər-Riyada dəvət etmişdi.

Bundan sonra Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Dəməşqə səfər edib və bu ölkənin prezidenti Bəşər Əsədlə görüşüb söhbət edib. Eyni zamanda, Tunis və Suriya iki ölkədə yeni səfirlərini təyin ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 7 =