Əl-Qüds batalyonları sionist əsgərlərin nəzarət-buraxılış məntəqəsini atəşə tutub

Əl-Qüds batalyonları sionist əsgərlərin nəzarət-buraxılış məntəqəsini atəşə tutub

Əl-Qüds Briqadaları Nablus şəhərində sionist hərbçilərin nəzarət-buraxılış məntəqəsini hədəfə aldıqlarını açıqlayıb.

Mehr xəbər agentliyinin Əl-Məsirə-yə istinadən verdiyi məlumata görə, Əl-Qüds batalyonları bu gün səhər saatlarında onlara bağlı qüvvələrin Nablus şəhərində yerləşən Cerzim bölgəsində sionist hərbçilərin nəzarət-buraxılış məntəqəsini atəşə tutmağa müvəffəq olduqlarını elan ediblər.

Bu xəbərə əsasən, əl-Qüds batalyonları bu qüvvələrin bu gün yerli vaxtla səhər saat 3-də sionist əsgərlərin nəzarət-buraxılış məntəqəsini hədəf almağa müvəffəq olduqlarını və sağ-salamat öz qərargahlarına qayıtdıqlarını vurğulayıblar.

Dünən ibranidilli media sionist əsgərlərin onlara soyuq silahla hücum etməyi planlaşdırdığını iddia edərək gənc bir fələstinliyə atəş açaraq onu öldürdüyünü açıqlayıb.

Sosial şəbəkələrdə yayımlanan videolarda sionist hərbçilərdən birinin bu gənc fələstinlidən maşından düşməsini tələb etdiyi və düşdükdən dərhal sonra ona atəş açaraq bu gənci öldürdüyü də görünür.

Fələstin müqavimət qrupları bu fələstinli gəncin İordan çayının qərb sahilində yerləşən “Sələfit” qəsəbəsinin qərbindəki Haris kəndində şəhid olmasının ardınca “Əhməd Yaqub Taha”nın şəhadətinə cavab tələb ediblər.

İslami Müqavimət Hərəkatı HƏMAS vurğulayıb ki, Fələstin xalqının müqaviməti nəhayət Fələstin torpaqlarının azad edilməsi, müqəddəs yerlərin sionistlərdən təmizlənməsi, qaçqınların geri qaytarılması və İsrail həbsxanalarından fələstinli məhbusların azad edilməsi üçün intensiv və sabitliklə davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + 12 =