Türkiyəyə məxsus təyyarə vuruldu
Publika.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi Sudanda C-130 təxliyə təyyarəsinin atəşə tutulması barədə məlumat yayıb.
Məlumatda təyyarənin şəxsi heyətinin xəsarət almadığı bildirilir.
Qeyd edək ki, Sudan ordusu sosial şəbəkələrdə Sudanda təxliyədə iştirak edən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Xartumun şimalındakı hərbi aerodromda eniş zamanı vurulması və ekipaj üzvlərindən birinin yaralanması barədə status paylaşmışdı.