Fələstinli gənc sionistlər tərəfindən güllələnərək şəhid olub

Fələstinli gənc sionistlər tərəfindən güllələnərək şəhid olub

Bu gün günorta saatlarında Beytlehemdə bir fələstinli yeniyetmə İsrail hərbçiləri tərəfindən güllələnib.

Fələstinin Səhiyyə Nazirliyi bu gün (cümə) “Mustafa Amir Sabah” adlı 16 yaşlı fələstinli gəncin Beyti-Ləhm yaxınlığındakı bir kənddə şəhadətini elan edib.

Əl-Qüdsul-Ərəbi saytının məlumatına görə, bu fələstinli yeniyetmə sionist əsgərlər tərəfindən sinəsindən ağır yaralanıb və xəstəxanaya aparıldıqdan sonra orada dünyasını dəyişib.

Bu məlumata əsasən, sionistlərin qəsəbə tikintisinə qarşı nümayişlər zamanı onlarla başqa fələstinli də plastik güllə və gözyaşardıcı qazdan xəsarət alıb.

Bu gün İordan çayının qərb sahilinin müxtəlif bölgələrində cümə namazından sonra anti-sionist və şəhərsalma əleyhinə nümayişlər keçirilib. Ramullahın şimal-şərqindəki Əl-Muğir kəndində anti-sionist nümayişlər zamanı 5 fələstinli yaralanıb.

Fələstinin “Vəfa” xəbər agentliyi bu barədə yazıb ki, sionist mühacirlər hərbçilərin dəstəyi ilə şərqdən kəndə daxil olaraq zeytun ağaclarını qırıblar.

Cənin düşərgəsində müqavimət qüvvələri sionist qüvvələrinə həqiqi hərbi sursat və əldəqayırma partlayıcı qurğularla hücum edib. Şahidlərin sözlərinə görə, müqavimət gəncləri sionistlərin zirehli maşınlarına əldəqayırma bombalar atıblar. Bu əsgərlərin hücumu zamanı biri 14 yaşlı uşaq olmaqla iki fələstinli yaralanaraq Cənindəki İbn Sina xəstəxanasına aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − twelve =