ABŞ Dövlət Departamenti Britaniyanın yüksək dəqiqlikli raketlər almasına icazə verib

ABŞ Dövlət Departamenti Britaniyanın yüksək dəqiqlikli raketlər almasına icazə verib

ABŞ Dövlət Departamenti idarə olunmayan raketləri dəqiq silahlara çevirmək üçün nəzərdə tutulmuş 768 ədəd APKWS II (“Advanced Precision Kill Weapons System II”) komplekslərinin Böyük Britaniyaya 31,2 milyon dollar dəyərində mümkün satışını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir.

“Dövlət Departamenti xarici ölkələrə silah və hərbi texnika satışının bir hissəsi olaraq, Böyük Britaniya hökumətinə 768-ə qədər APKWS II kompleksinin mümkün satışını təsdiqlədi. Təhlükəsizlik Əməkdaşlığı üzrə İdarə tələb olunan sertifikatı təqdim etdi və Konqresə bu satışın mümkünlüyü barədə məlumat verdi”, – məlumatda deyilir.

Paketə həmçinin köməkçi avadanlıqlar, ehtiyat hissələri və istehlak materialları, texniki sənədlər, nəqliyyat, texniki, maddi-texniki və proqram təminatı daxildir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 2 =