Sionist ordusunun sıralarında intiharlar artıb: Daha üç əsgər intihar edib

Sionist ordusunun sıralarında intiharlar artıb: Daha üç əsgər intihar edib

Sionist media işğalçı ordunun əsgərləri arasında intihar hallarının artmasına işarə edərək, son bir ayda üç yeni intihar hadisəsinin qeydə alındığını açıqlayıb.

  Sionist rejimin mediası ötən il sionist əsgərlər arasında hərbi xidmət zamanı intihar hallarının artmasına işarə edərək, son bir ayda 3 intihar hadisəsinin qeydə alındığını bildirib.

Sionist rejim əsgərləri arasında intiharların sayının nəzərəçarpacaq dərəcədə artması və onlar arasında psixi pozğunluqların yayılması Tel-Əvivin narahatlığını artırıb.

 “Kan 11” kanalının məlumatına görə, son bir ayda 3 sionist əsgər, keçən həftə isə onlardan ikisi intihar edib.

Nəşr edilən məlumata görə, ötən cümə axşamı bir qadın sionist əsgər, keçən həftənin əvvəlində isə naməlum səbəblərdən bir kişi əsgər intihar edib və onlardan əvvəl, bu ay daha bir kişi əsgər bu şəkildə həyatına son qoyub.

Bu xəbərə əsasən, bu səbəbdən Sionist Ordunun Birləşmiş Qərargah rəisi əsgərlər arasında bu hadisənin qarşısını almaq və ya məhdudlaşdırmaq üçün plan və hazırlıq əmrləri verib.

 “Arab 48” saytı bununla bağlı xəbər yazıb:

  Bu arada sionist ordusu tez-tez sionist əsgərlərin xidmət zamanı intiharı ilə bağlı xəbərləri dərc etməkdən imtina edir. Çünki belə məlumatların dərc edilməsinin əsgərləri intihara sövq edəcəyinə inanılır.

Bu məlumata əsasən, Sionist Ordunun Baş Qərargah rəisi Hertsi Helevi həlak olan sionist əsgərlərin anım mərasimində ilk dəfə olaraq sionist orduda “intihar qurbanları” fenomenini etiraf və qeyd edib.

 “Yediot Aharonot” qəzetinin 2022-ci ildə verdiyi məlumata görə, 14 İsrail əsgəri hərbi xidmət zamanı intihar edib və bu rəqəm 5 il əvvəl görünməmiş bir rəqəm idi.

Bu xəbərə görə, intihar edən əsgərlərin çoxu kişi əsgərlərdir və onlar intiharlarının səbəbini göstərən heç bir məktub və ya mesaj buraxmayıblar.

Bu qəzet həmçinin yazıb ki, Sionist Ordusunun xəbərlərinə əsasən, ruhi və fiziki vəziyyətə görə hərbi xidmətdən azad olunma tələbləri də artıb və beləliklə, 2015-ci ildə ruhi və fiziki vəziyyətə görə hərbi xidmətdən azad olunma tələbi orta hesabla 4,5%, olub, 2020-ci ildə isə bu rəqəm 8,5%-ə yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 4 =