Sionistlər yenidən Məscidül-Əqsaya hücum ediblər

Sionistlər yenidən Məscidül-Əqsaya hücum ediblər

Sionist mühacirlər sionist hərbçilərin dəstəyi ilə yenidən Məscidül-Əqsaya hücum ediblər.

İRNA-nın bazar günü Əhd xəbər saytına istinadən verdiyi məlumata görə, bir sıra sionist mühacir bu gün səhər saatlarında Məscidül-Əqsaya hücum edib.

Məscidül-Əqsaya hücumda mühacirləri Knessetin (sionist rejimin parlamenti) keçmiş üzvü və radikal Yehuda Ghlik müşayiət edib.

Sionist əsgərlər Əl-Əqsa məscidində fələstinlilərə qarşı zorakılığın yeni mərhələsinə başlayıblar. Onlar aprelin 16-da səhər saatlarında Əl-Əqsa məscidinin həyətində Əl-Qəbli məscidinin içərisində olan ibadətçilərə hücum edərək, onları məsciddən qovmağa cəhd ediblər. Həmin hücumda 200-dən çox fələstinli ibadətçi yaralanıb, daha 400 nəfər isə həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − 6 =