Makron Fransanı inqilaba aparır

Makron Fransanı inqilaba aparır

Publika.az xəbər verir ki, sorğunun nəticələrinə görə, Makronun adı çəkiləndə insanlar fikir ayrılığı (44 faiz), aldanma (42 faiz) və qəzəb (39 faiz) kimi hisslər yaşayır.

Bundan əlavə, 79 faiz dövlət başçısının səhiyyə sistemi, 77 faiz təhsil, eyni sayda insan onun maliyyə və miqrasiya siyasətindən, 75 faiz bərabərsizliklə necə mübarizə aparmasından, 73 faiz əhalinin sosial müdafiəsi sahəsindəki fəaliyyətindən narazıdır.

Makron 20 ildə ikinci müddətə qalib gələn ilk prezidentdir. Lakin pensiya yaşının artırılmasına (62-dən 64-ə) görə onun reytinqi aşağı düşüb. Kütləvi etirazlara baxmayaraq, o, parlamentdən yan keçərək islahatları həyata keçirib və Konstitusiya Şurasını bu cür hərəkətlərin qanuniliyinə inandırıb. Nəticədə, BVA sorğusunun nəticələrinə görə, aprelin ortalarında həmvətənlərinin yalnız 26 faizi onu dəstəkləyib.

Kütləvi aksiyalar davam edir. Təbii ki, inqilab hələ çox uzaqdadır, lakin dövlət cəmiyyətlə dialoq qurmağa cəhd etməsə, vəziyyət daha da gərginləşəcək. Beləliklə, mayın 1-də Fransanı ən böyük iğtişaş dalğalarından biri bürüdü. Təkcə rəsmi rəqəmlərə görə, Parisdə 110 min, ölkə üzrə isə təxminən 780 min insan mitinq keçirib. Müxalifət iddia edir ki, əslində bu rəqəm iki dəfə çoxdur.

Publika.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =