Sionistlərin Nablusa hərbi hücumu: HƏMAS-ın 3 müqavimət qüvvəsi şəhid olub -Video

Sionistlərin Nablusa hərbi hücumu: HƏMAS-ın 3 müqavimət qüvvəsi şəhid olub -Video

Sionist rejimin xüsusi təyinatlı qüvvələrinin bu səhər Nablusa hücumu zamanı  HƏMAS-ın 3 müqavimət qüvvəsi öldürülüb, 8-ə yaxın fələstinli isə yaralanıb.

Bu gün səhər (4 may, cümə axşamı) sionist qüvvələr işğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinin yaşayış məntəqələrindən birinə hücum edərək bir yaşayış evini mühasirəyə alıblar.

Eyni zamanda çoxlu sayda işğalçı qüvvə müxtəlif istiqamətlərdən hərbi texnika ilə Nablus şəhərinə daxil olub və bu şəhərin bir neçə yerində Fələstin sakinləri ilə işğalçı qüvvələr arasında şiddətli toqquşmalar baş verib.

Fələstin “Şahab” saytının məlumatına görə, sionist rejimin xüsusi təyinatlı qüvvələri köhnə Nablus şəhərinin “Əl-Yasminə” məhəlləsində bir evi mühasirəyə alıb.

Eyni zamanda Nablusdakı məscidlərin səsgücləndiricilərindən Fələstin xalqını müqavimət qüvvələrinə dəstək verməyə və onları düşmən mühasirəsindən çıxarmağa çağırıblar.

Bununla belə, sionist xüsusi təyinatlılarla müqavimət qüvvələri arasında şiddətli toqquşmadan bir neçə dəqiqə sonra sionist ordu elan edib ki, HƏMAS müqavimət qüvvələrinin daha əvvəl sionistlərə qarşı əməliyyatlar keçirmiş və bir neçə sionistin ölümünə səbəb olmuş iki üzvünə sui-qəsddə uğur qazanıb.

 Sionist ordu bildirib ki, bu gün təfərrüatlı məlumat aldıqdan sonra təxminən bir ay əvvəl “Əl-Əğvar” əməliyyatı həyata keçirərək üç sionist mühaciri qətlə yetirmiş “Həsən Qətnani” və “Məaz Əl-Misri” adlı iki Həmas qüvvəsi müəyyən olunub.

Bu iki şəhidlə birlikdə mühasirəyə alınmış evdə olan və onların gizlənməsinə kömək edən şəxslərdən biri – “İbrahim Cəbri” də hədəfə alınaraq şəhid olub.

Fələstin mediasının məlumatına görə, sionist əsgərlər qəsəbəyə daxil olmaq üçün qəsəbənin girişini partladıblar və sonra bir evi mühasirəyə alıblar.

Bölgə sakinləri dərhal mühasirəyə alınan insanların köməyinə gəlsələr də, onların evlərinə çata bilməyiblər və yaxınlıqda toqquşmalar baş verib, nəticədə 8 fələstinli yaralanıb.

Fələstin yerli mətbuatının məlumatına görə, müqavimət qüvvələri Nablusun köhnə hissəsində bir evi mühasirəyə alan və Fələstin vətəndaşlarını həbs etməyi planlaşdıran işğalçılara şiddətli atəş açıb.

Fələstin Qızıl Aypara Cəmiyyəti həmçinin sionistlərin tibb personalı və təcili yardım maşınlarının Nablus şəhərinə daxil olmasına mane olduqlarını açıqlayıb.

Müqavimət qüvvələrinin 3 üzvünə sui-qəsd etdikdən sonra işğalçılar münaqişə bölgəsindən tədricən geri çəkildilər və fələstinlilər də adı çəkilən evin mühasirədə olan sakinlərinə kömək etmək üçün həmin yerə çatdılar və yalnız onların cansız bədənlərini dağıntılar altından çıxara bildilər.

Fələstinin Səhiyyə Nazirliyi iki şəhidin cəsədinin dağıntılar altından çıxarıldığını, lakin xəsarətlərinin ağırlığından onların şəxsiyyətlərinin tanınmasının mümkün olmadığını açıqlayıb.

Əl-Cəzirə də HƏMAS liderindən sitat gətirərək yazıb: “Nablusun bugünkü şəhidləri Məscidül-Əqsada işğalın cinayətlərinin davam etməsinə cavab olaraq mübarək Ramazan ayında Əl-Əğvar əməliyyatını həyata keçirən HƏMAS-ın hərbi qanadı olan Şəhid İzzəddin Əl-Qəssam Batalyonlarının üzvləridir.”

Bu xəbərin dərcindən sonra HƏMAS müqavimət hərəkatının sözçüsü Hazim Qasim deyib: Bu qanlar bizim cihad yolunu davam etdirmək əzmimizi artırır.

Fələstin Müqavimət Komitələri və Əl-Əhrar Hərəkatı Həsən Qətnani, Məaz Əl-Misri və İbrahim Cəbrin şəhadəti ilə bağlı başsağlığı verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + 14 =