Çin hesabat yaydı: ABŞ Azərbaycanda “rəngli inqilab” təşkil etmək istəyib

Çin hesabat yaydı: ABŞ Azərbaycanda “rəngli inqilab” təşkil etmək istəyib

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Çinin Kompüter Virus Hücumlarına Fövqəladə Hallar üzrə Milli Mərkəzinin və internet təhlükəsizliyi ilə məşğul olan 360 şirkətinin hazırladığı hesabatda dünya üzrə çoxlu sayda haker hücumlarının və “rəngli inqilabların” arxasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin dayandığı qeyd olunub.

Hesabat müəllifləri bildirir ki, 80-ci illərdə “məxməri inqilab”, 2003-cü ildə Gürcüstanda “qızılgül inqilabı”, Ukraynada “narıncı inqilab”, Qırğızıstanda “lalə inqilabı”, “Ərəb baharı” və s. – bütün bunlar beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən Amerika kəşfiyyat orqanlarının rəhbərlik etdiyi rəngli inqilabların tipik halları kimi tanınıb.

“Bundan başqa, ABŞ kəşfiyyat orqanları Belarus, Azərbaycan, Livan, Myanma və İranda “rəngli inqilab”lar təşkil etməyə çalışıblar”, – hesabatda deyilir.

“Statistikaya görə, son bir neçə onillikdə MKİ 50-dən çox ölkədə qanuni hökumətləri devirmiş və ya devirməyə cəhd göstərərək orada iğtişaşlar yaradıb”, – hesabatda yazılıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − seven =