Gələcək Google Tensor belə olacaq

Gələcək Google Tensor belə olacaq

Son məlumat sızıntılarına əsasən Pixel 8 smartfon seriyasında istifadə ediləcək Tensor G3 prosessorunun performans göstəriciləri Tensor G2-nin performans göstəricilərindən daha yüksək olacaq.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla belə Tensor G3 Samsung-un 4 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək. Verilmiş yeni məlumata əsasən Tensor G4 prosessoru artıq TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək. Tensor G5 də TSMC tərəfindən istehsal ediləcək.

Lakin Tensor G5 artıq 3 nanometrlik texnoloji proses əsasında hazırlanacaq. Qeyd etmək lazımdır ki, bu il iPhone 15 Pro modellərində istifadə ediləcək Apple A17 Bionic prosessoru TSMC-nın 3 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək. Bu isə o deməkdir ki, Google bu mövzuda Apple-dan 2 il müddətinə geridə qalacaq. Lakin verilmiş məlumatın maraqlı tərəfi ondadır ki, insayderlərin fikirlərinə əsasən Tensor G3 prosessoru tamamilə Samsung tərəfindən hazırlanmış məhsul olacaq. Tensor G4 isə sıfırdan Google tərəfindən hazırlanacaq. Buna görə də Tensor G4-ün nə dərəcədə fərqlənəcəyi bilinmir. 

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − 6 =