“Windows 10” populyarlığını getdikcə itirir

“Windows 10” populyarlığını getdikcə itirir

“Microsoft” şirkəti “Windows 10” əməliyyat sisteminin müxtəlif versiyalarının bazar payına dair yenilənmiş araşdırmanın nəticələrini dərc edib.

Lent.az xəbər verir ki,  statistikaya əsasən “Windows 11” getdikcə populyarlıq qazanır.

Məlumata görə, 2023-cü ilin aprelində “Windows 11”in kompüterlər arasında payı mart ayı ilə müqayisədə 2,16% artaraq 23,11% təşkil edib. “Windows 10” hələ də böyük fərqlə liderdir. Amma son bir ayda o, 2,1% itirib və onun payı 71,36% təşkil edir.

Eyni zamanda köhnə “Windows 7” versiyasının payına isə 3,78% düşür. “Windows 8.1” bazarın 0,85%-ni, “Windows 8” 0,43%-ni, əfsanəvi “Windows XP” isə hələ də bütün fərdi kompüterlərin 0,35%-də quraşdırılıb. 

Beləliklə, “Windows 10” və “Windows 11” bütün “Windows” istifadəçilərinin 94,47%-ni təşkil edir.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + five =