6,5 ballıq zəlzələ anı kameraya düşdü – VİDEO
Publika.az xəbər verir ki, zəlzələnin 10 kilometr dərinlikdə qeydə alındığı bildirilir. Niiqata, Toyama, Fukui və Fukuşima əyalətləri daxil olmaqla bölgələrdə də hiss olunduğu açıqlanıb.
Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hirokazu Matsuno zəlzələdən sonra verdiyi açıqlamada, hökumətin zəlzələnin təfərrüatlarını təsdiqləməyə çalışdığını, zəlzələnin episentri olan İşikava əyalətində bəzi evlərin dağıldığına dair məlumat aldıqlarını deyib.
Suzu şəhərində yaşayan, amma adı açıqlanmayan şəxs zəlzələnin təsiri ilə pilləkənlərdən yıxılaraq ölüb.
Publika.az