KİV: “Əfqanıstan XİN başçısına hücum edilib”

KİV: “Əfqanıstan XİN başçısına hücum edilib”

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” rejiminin xarici işlər naziri Əmir Xan Müttəkiyə hücum edilib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, Pakistana yola düşərkən Kabil Hava Limanı raket atəşinə tutulub.

Nəticədə hava limanının azı 3 əməkdaşı və bir neçə sərnişin xəsarət alıb. Nazirin xəsarət almadığı bildirilib.

Qeyd edilib ki, Əfqanıstanın paytaxtındakı hava limanına ümumilikdə 3 raket atılıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − 9 =