“Qaynar münaqişə hər an başlaya bilər” -Moskva Vaşinqtonu hədələdi

“Qaynar münaqişə hər an başlaya bilər” -Moskva Vaşinqtonu hədələdi

Publika.az xəbər verir ki, xarici işlər naziri Sergey Lavrov “Kreml pilotsuz təyyarələrin hücumuna mütləq cavab verəcək” deyərkən, “Bu sözlə deyil, hərəkətlə olacaq” deyə hədələyib.

Lavrovdan əvvəl onun müavini Sergey Ryabkov ABŞ-la münaqişənin kritik mərhələyə çatdığını bəyan edib. O seyib: “Artıq bizimlə ABŞ arasında təkcə düşmənçilik deyil, hər an qaynar münaqişəyə çevrilə biləcək bir vəziyyət var. Biz uçuruma düşməmək üçün böyük səylər göstəririk. Moskva sarayın damına çırpılan pilotsuz təyyarənin prezident Vladimir Putinə sui-qəsd etmək üçün göndərildiyini və bunun ABŞ-ın xəbəri və icazəsi olmadan həyata keçirilə bilməyəcəyini müdafiə edir. Həm Kiyev, həm də Vaşinqton belə bir aksiyada maraqlı olmadıqlarını bildirirlər”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − ten =