İraq ordusunun hava hücumunda terror şəbəkəsi məhv edilib

İraq ordusunun hava hücumunda terror şəbəkəsi məhv edilib

İraq Hərbi Hava Qüvvələri bu bazar günü təhlükəsizlik əməliyyatı zamanı Diyala əyalətində terror şəbəkəsini məhv etməyə nail olub.

Mehr xəbər agentliyinin İraqın rəsmi xəbər agentliyinə (WAA) istinadən verdiyi məlumata görə, İraq ordusunun müştərək əməliyyat komandanlığı bəyanat yayaraq, Diyala vilayətində uğurlu hava əməliyyatı keçirdiyini açıqlayıb.

Məlumata görə, İraq ordusuna məxsus F-16 döyüş təyyarələrindən istifadə edilməklə həyata keçirilən bu əməliyyatda terror şəbəkəsinin üzvləri və onların bir neçə sursat anbarı məhv edilib.

İraq Ordusunun Birgə Əməliyyat Komandanlığının bəyanatında deyilir: Təhlükəsizlik qüvvələri və İraq Hərbi Hava Qüvvələrinin qorxmaz şahinləri hələ də İŞİD terror qruplaşmasının qalıqlarının pusqusundadırlar.

İraq 2017-ci ilin dekabrında ölkə ərazisinin təxminən üçdə birini işğal etmiş İŞİD terror qruplaşması ilə təxminən üç il yarım davam edən qarşıdurmadan sonra bütün ərazilərinin terrorçu qruplaşmanın pəncəsindən azad edildiyini elan edib.

O vaxtdan bəri təbii ki, İraq təhlükəsizlik qüvvələri səhrada ucqar və əlçatmaz yerlərə diqqət yetirərək terror fəaliyyətlərini davam etdirməyə çalışan bu terror qruplaşmasının qalıqlarını hələ də təqib edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 10 =