İşğal olunmuş ərazilərdə israilli mühacir tərəfindən güllənən gənc fələstinli şəhid olub-Video

İşğal olunmuş ərazilərdə israilli mühacir tərəfindən güllənən gənc fələstinli şəhid olub-Video

Fələstin mənbələri işğal altındakı Fələstinin “Sandle” qəsəbəsi yaxınlığında bir israilli mühacirin 20 yaşlı fələstinli gənci güllələyərək öldürdüyünü bildirib.

Sama xəbər agentliyi bu fələstinli gəncin adının israilli mühacir tərəfindən güllələnərək öldürülən “Diyar Öməri” olduğunu açıqlayıb. Yayılan videoda bu sionist maşınının içərisində olan fələstinli gəncə hücum edir.

Bu israillinin hücumundan sonra tərəflər döyüşür və fələstinli gənc öz maşınına qayıtdıqdan sonra bu sionist ona atəş açıb öldürür.

Ağır yaralanan Diyar Öməri müalicə olunmaq üçün “Haimak” xəstəxanasına aparılsa da, onu xilas etmək cəhdləri heç bir nəticə verməyib. Sionist polisi də bu mühaciri həbs edib.

Bu israilli hücumçu 32 yaşlı bir kişidir və cinayət yerində həbs edilmiş və ondan Kolt silahı müsadirə edilmişdir. Sionist polisi həmişə olduğu kimi bu münaqişənin səbəbinin məlum olmadığını və araşdırmanın ilkin mərhələdə olduğunu iddia edib.

Bununla əlaqədar olaraq, Fələstin İslami Cihad Hərəkatının siyasi ofisinin üzvü Əhməd Əl-Mudələl bu gün deyib: Fələstin torpağında şəhidlərin pak qanının axıdılması sionist rejimə qarşı müqavimət atəşini alovlandırır.

Əl-Mudəll iki fələstinli gəncin Tulkərimdəki Nur Şəms düşərgəsində şəhid olmasına toxunaraq bildirib: İşğalçılar torpağımızda olduqları və Fələstin xalqını vəhşicəsinə öldürməyə davam etdiyi müddətcə şəhidlər karvanı davam edəcək.

 İslami Cihad siyasi ofisinin bu üzvü Fələstin xalqı və müqavimətinin işğalçılarla böyük və həlledici döyüş astanasında olduğuna işarə edərək deyib: İşğalçı rejim illüziya içində yaşamağa davam edir və düşünür ki, Fələstin millətinə qarşı cinayət törətmək, bu millət və müqaviməti susduracaq, lakin bu rejimin cinayətləri Fələstin xalqının bu rejimə qarşı müqavimət göstərmək əzmini artırır.

Əl-Mudəlləl deyib: Sionist rejim bu cinayətləri törətməklə Fələstin xalqı arasında terror yaratmaq və Fələstin müqaviməti tərəfindən məhv edilmiş çəkindirmə gücünü bərpa etmək istəyir.

Bu gün səhər saatlarında Fələstin mediası sionist rejimin xüsusi təyinatlı qüvvələrinin Tulkərimdəki “Nur Şəms” düşərgəsinə hücumu və iki Fələstin müqavimət qüvvəsinin şəhid olması barədə məlumat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × one =