Türkiyədə dövlət qurumlarının saytlarına hücum: 32 haker saxlanıldı

Publika.az “TRT Haber” dövlət telekanalına istinadən xəbər verir ki, hakerlər Türkiyədə dövlət qurumlarının 450 saytına hücuma cəhd göstərib. Ankara polisi hakerlərə qarşı əməliyyat çərçivəsində 32 nəfəri saxlayıb.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Publika.az