Ceyhun Bayramovun Litvaya rəsmi səfəri başlayıb

Ceyhun Bayramovun Litvaya rəsmi səfəri başlayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Litvaya rəsmi səfəri başlayıb.

Bu barədə BAKU.WS-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Ceyhun Bayramovun Litvanın dövlət rəsmiləri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Hökuməti və Litva Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasına həmsədrlik etməsi nəzərdə tutulub.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 2 =