Avropa Parlamentindən çağırış: Bayden, Obama, Tramp Haaqada mühakimə olunmalıdır

Avropa Parlamentindən çağırış: Bayden, Obama, Tramp Haaqada mühakimə olunmalıdır

Publika.az xəbər verir ki, Avropa Parlamentinin üzvü Mik Uolles ABŞ-ın hazırkı prezidenti Co Bayden, həmçinin onun sələfləri Barak Obama və Donald Trampın Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) qarşısında cavab verməli olduqlarını bildirib.

Bundan əlavə, Avropa Parlamentinin deputatının fikrincə, ABŞ-ın keçmiş prezidenti Corc Buş və Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr də Haaqa Tribunalının qarşısına çıxmalıdır. O vurğulayıb ki, bu baş verməsə, ICC-nin fəaliyyətinə olan inam dəhşətli dərəcədə aşağı səviyyəyə düşəcək.

Qeyd edək ki, daha əvvəl hüquq elmləri namizədi Aleksandr Mezyaev Beynəlxalq Cinayət Məhkəməsini XXI əsrdə neokolonializmin institusional sisteminin formalaşmasında mühüm element adlandırıb. O, beynəlxalq cinayətlərin törədilməsinə görə cəzasızlıqla mübarizə kimi BCM-nin rəsmən bəyan etdiyi məqsədlərin bu qurumun real gündəminə uyğun olmadığını bəyan edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 17 =