ABŞ-da sürücü avtomobili insanların üzərinə sürüb, 7 nəfər ölüb

ABŞ-ın Texas ştatının Braunsvill şəhərində evsizlər mərkəzinin qarşısında sürücü avtomobili insanların üzərinə sürüb.
APA xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Hadisə nəticəsində 7 nəfər ölüb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Avtomobilin sürücüsü saxlanılıb.
Apa.az