Sionistlərin Qəzzədə törətdiyi cinayətin nəticəsində 13 nəfər şəhid olub və 20 yaralanıb-Foto

Sionistlərin Qəzzədə törətdiyi cinayətin nəticəsində 13 nəfər şəhid olub və 20 yaralanıb-Foto

İsrail rejiminin gecə saatlarındakı son cinayətində Fələstində İslami Cihadın komandirlərindən 3 nəfər ailələri ilə birlikdə qətlə yetirib və bu cinayət nəticəsində 13 nəfər şəhid olub, 20-dən çox insan yaralanıb.

Fələstin mediası bu çərşənbə axşamı səhər saatlarında İsrail rejiminin Rəfah və Qəzzə şəhərlərinə hava hücumu təşkil etdiyi və bu zaman Fələstin İslami Cihadının hərbi qolu olan Sarayəl-Qüdsün yüksək rütbəli komandirlərinə məxsus evlərin hədəf alındığını bildirib.

Fələstinin Səhiyyə Nazirliyi ilkin statistikasında bu cinayətkar hücumda 9 nəfərin şəhid olduğunu, çoxlu sayda yaralının olduğunu açıqlasa da, nazirlik son statistikasında 13 nəfərin öldüyünü, 20-dən çox insanın yaralandığını açıqlayıb.

Fələstin İslami Cihadının hərbi qolu olan Sarayəl-Qüds bu səhər həyata keçirilən sui-qəsd əməliyyatında hərbi şuranın üzvü Cihad Şakir Əl-Qanamın, hərbi şuranın katibi Xəlil Səlah Əl-Bəhtini və şimal Qəzza bölgəsinin komandiri və İordan çayının qərb sahilindəki hərbi əməliyyatların komandirlərindən olan Tariq Muhəmməd İzzeddinin şəhid olduqlarını açıqlayıb.

 Sərayəl-Qüds batalyonları da sionist rejimin hava hücumlarında bugünkü şəhidlərin həyat yoldaşları və uşaqlarının onlarla birlikdə şəhid olduğunu təsdiqləyiblər.

Sərayəl-Qüds şəhid komandirlərinin qanının onların əzmlərini artıracağını və onları mövqelərini tərk etməyə məcbur etməyəcəyini və inşallah müqavimətin davam edəcəyini vurğulayıb.

Qəzzə şəhidləri arasında ən az 3 uşaq da var.

Sərayəl-Qüds İslami Cihadının komandirlərindən olan Şəhid Xəlil Səlah Əl-Bəhtininin 5 yaşlı qızı Həcər Əl-Bəhtini, Şəhid Tarik Məhəmməd İzzəddinin oğlu Əli İzzəddin İsrail rejiminin Qəzzəyə namərdcəsinə hücumunda valideynləri ilə birlikdə şəhid olub.

Sərayəl-Qüds açıqlamasında üç şəhidin həyat yoldaşları və onların bəzi övladlarının şəhadətini elan edib ki, bu da bugünkü şəhidlərin azyaşlı uşaqlarından ən azı üçünün də bu hücumlarda şəhid olduğunu göstərir.

İsrail rejimi dünyada uşaq qatili kimi tanınır və sionistlərin Qəzzədəki bugünkü cinayəti göstərdi ki, bu rejim uşaqlara və günahsız dinc insanlara qarşı cinayətlərini törətməkdən çəkinmir və mümkün olsa (bu səhərki kimi) bir anda ailələri qətlə yetirəcək.

Sionist ordunun sözçüsü Əl-Qüds qərargahının komandirlərindən üçünün öldürülməsindən sonra elan edib: Biz bu gecəki əməliyyatda bütün məqsədlərimizə nail olduq və lazım gələrsə, İslami Cihad əleyhinə əməliyyatlarımızı genişləndirəcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 19 =