Amerika Suriyaya qarşı sanksiyaları daha bir il uzadıb

Amerika Suriyaya qarşı sanksiyaları daha bir il uzadıb

Ağ Ev ABŞ-ın Suriyaya qarşı sanksiyalarını daha bir il uzatdığını açıqlayıb.

Ağ Ev ABŞ prezidenti Co Baydenin Suriya rejiminə qarşı birtərəfli sanksiyaları daha bir il uzatmaq qərarına gəldiyini açıqlayıb.

Məlumata görə, qərar Vaşinqtonun 2004-2012-ci illərdə Dəməşqə qarşı tətbiq etdiyi bir neçə mövcud məhdudlaşdırıcı qanunlara aiddir.

Bu məhdudiyyətlərə konkret olaraq müəyyən fiziki və hüquqi şəxslərin aktivlərinin dondurulması və bəzi Amerika mal və xidmətlərinin Suriyaya ixracının qadağan edilməsi şamildir.

Bununla bağlı Co Bayden deyib: Suriya hökumətinin hərəkətləri səbəbindən ölkənin Suriya ilə bağlı milli statusunu daha bir il uzadıram.

O, bəyan edib ki, Vaşinqton gələcəkdə bu milli vəziyyəti davam etdirmək və ya sona çatdırmaq barədə qərar verərkən Suriya hökumətinin siyasi dəyişiklikləri və hərəkətlərini diqqətlə nəzərdən keçirəcək.

Ağ Evin sözçüsü Karin Jean-Pierre Suriyanın Ərəb Liqasına qayıtması ilə bağlı suala cavab olaraq ABŞ-ın Suriyaya qarşı sanksiyalarının davam edəcəyini və Vaşinqtonun Dəməşqlə münasibətlərini normallaşdırmayacağını bildirib.

O, bildirib ki, biz dostlarımız və tərəfdaşlarımızla bu istiqamətdə fəaliyyətləri və planları barədə danışıqlar aparırıq və Bəşər Əsədin prezidentliyi dövründə Dəməşqlə münasibətlərimizi normallaşdırmayacağımızı açıq şəkildə bildiririk.

Bu arada Ərəb Liqasının xarici işlər nazirləri bazar günü 12 illik fasilədən və müxaliflərin Suriya rejimini devirə bilməməsindən sonra Suriyanın bu birliyə qaytarılması barədə razılığa gəliblər.

İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əs-Səhaf Ərəb Liqasına daxil olan ölkələrin xarici işlər nazirlərinin 12 ildən sonra Suriya kürsüsünün bu ölkəyə təhvil verilməsi ilə bağlı razılığa gəliblər.

Ərəb Liqası da Qahirədə keçirdiyi yekun iclasında Suriya nümayəndə heyətlərinin Ərəb Liqası Şurasının iclaslarında iştirakının bərpa olunacağını açıqlayıb.

Suriya Xarici İşlər Nazirliyi Ərəb Liqasının Qahirədə xarici işlər nazirləri səviyyəsində fövqəladə iclasını və Suriyanın on iki ildən sonra bu təşkilata qayıtması ilə bağlı rəsmi açıqlamanı alqışlayıb.

Hazırda ərəb dünyasında cərəyan edən müsbət yanaşmalar və inkişaflar bütün ərəb ölkələrinin marağındadır, onların xalqlarının sabitlik, təhlükəsizlik və rifahının reallaşmasıdır.

Bu arada ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Vedant Patel iddia edib: Suriya hazırda Ərəb Liqasına qayıtmağa layiq deyil. O, həmçinin iddia edib ki, Suriya prezidenti Bəşər Əsəd bu ölkədəki vətəndaş müharibəsindən sonra münasibətləri normallaşdırmağa qadir deyil.

Amerikanın “Bloomberg” xəbər agentliyi də xəbərində yazıb ki, Ərəb Liqasının Vaşinqtonun mülahizələrinə məhəl qoymamaq və Suriyanı bu birliyə qaytarmaq qərarı Amerikanın bölgədəki təsirinin azaldığını göstərir.

2011-ci ilin noyabrında Ərəb Liqası Suriya hökumətini müxalifəti sıxışdırmaqda ittiham edib və müxalifəti dəstəkləmək məqsədi ilə ölkənin bu birliyə üzvlüyünü ləğv edib. Bu birlik növbəti addımda Suriya kürsüsünü müxalifətə vermək niyyətində idi.

Ərəb Liqasının Suriyanın bu birliyə qayıtması ilə bağlı razılaşması dünən, bazar günü baş tutub, halbuki, son bir ay ərzində bəzi qərb mediaları Qətər, Mərakeş və Küveytin bu qayıdışın əleyhinə olduğunu və bununla bağlı şərtlər irəli sürdüyünü yazmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + ten =