Livan sionist rejimə qarşı beynəlxalq tədbirlər görməyə çağırıb

Livan sionist rejimə qarşı beynəlxalq tədbirlər görməyə çağırıb

Livanın Xarici İşlər Nazirliyi bəyanatında sionist rejimin Qəzzə zolağına təcavüzü və Nablus şəhərinə hücumunu pisləyib.

Livanın Xarici İşlər Nazirliyi bəyanatında sionist rejimin Qəzzə zolağına təcavüzünə reaksiya verib.

Livanın Xarici İşlər Nazirliyi bu bəyanatında sionist rejimin Qəzzə zolağına təcavüzü və Nablus şəhərinə hücumunu pisləməklə yanaşı, bu rejimin hücumlarının intensivləşdirilməsi və təcavüzünün davam etdirilməsinin təhlükələri barədə xəbərdarlıq edib.

Sözügedən bəyanatda bildirilir ki, sionist rejimin islam və xristian müqəddəs yerlərinə qarşı təcavüzünün davam etməsi dünya sülh və təhlükəsizliyi üçün təhlükəli təhdiddir.

Livanın “NNA” xəbər agentliyinin xəbərinə görə, Livanın Xarici İşlər Nazirliyi də zorakılıqların davam etməsi və itkilərin qarşısını almaq üçün dərhal atəşkəsin yaradılması və sionist rejimin hücumlarının dayandırılması üçün təcili beynəlxalq fəaliyyətə çağırıb.

Sionist rejim çərşənbə axşamı səhər saatlarından Qəzzə zolağına qarşı yeni hücumlara başlayıb və Qəzzə Səhiyyə Nazirliyinin məlumatına görə, 4-ü uşaq və 4-ü qadın olmaqla, 15 nəfər həlak olub, 22 nəfər yaralanıb ki, onlardan bəzilərinin vəziyyətinin ağır olduğu açıqlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 16 =