Moskvada yaşayış binasında yanğın olub, 3 nəfər ölüb

Moskvada yaşayış binasında yanğın olub, 3 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın şimal-şərqində 17 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, hadisə şəhərin Severodvinsk küçəsində 17 mərtəbəli binanın 13-cü mərtəbəsində baş verib.

Vurğulanıb ki, iki nəfər yanğınsöndürənlər gələnədək pəncərədən tullanmaları, digər sakin isə yanğın nəticəsində ölüb.

Hadisənin səbəbi araşdırılır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 17 =