Bu ölkədə güclü zəlzələ oldu
Yaponiya sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 204 min nəfər əhalisi olan Coetsu şəhərindən 83 km şimal-qərbdə yerləşib.
Zəlzələ ocağı yerin 40 km dərinliyində olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Lent.az