Texasda sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində 7 nəfər ölüb

Texasda sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində 7 nəfər ölüb

Texasda sürücünün avtomobili əksəriyyəti mühacir olan piyadaların üzərinə sürməsi nəticəsində azı 7 nəfər ölüb.

Texas ştatının Brownsville şəhərində avtobus dayanacağında sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində azı 7 nəfər ölüb.

Yahoo News-un məlumatına görə, insident yerli vaxtla səhər saat 8:30 radələrində Brownsville şəhərinin mərkəzində bəzi insanların dayanacaqda avtobus gözlədiyi zaman baş verib.

Yerli polisin məlumatına görə, bu 7 ölüdən başqa, 10 nəfər səthi və orta ağır xəsarətlərlə xəstəxanaya göndərilib.

Polis həmçinin bildirib ki, şübhəli sürücünü həbs ediblər və hazırda araşdırma davam edir.

Brownsville polis rəsmilərindən Martin Sandoval ölən və yaralananların əksəriyyətinin Polis nəzarətində olan immiqrantlar olduğunu söyləyib.

Amerika Vətəndaş Azadlıqları İttifaqının bəyanatında deyilir: “Texas ştatında sığınacaq mərkəzinin yaxınlığında hücuma uğrayan insanlar bizi kədərləndirdi. Hücumun motivi araşdırılır, lakin dəhşətli hadisə Texas ştatının rəsmiləri tərəfindən həftələrlə sərtləşdirilən anti-immiqrant siyasətindən sonra baş verir.

Bu bəyanat davam edir: Co Bayden hökuməti sığınacaq və təhlükəsizlik axtaran qaçqınları qarşılamaq üçün deyil, mühacirlərin girişini məhdudlaşdırmaq üçün yeni məhdudiyyətlər qoymağı planlaşdırır.

Texas polisi həmçinin bildirib ki, müalicə alan şübhəli 24 saat polis nəzarətindədir və hazırda alkoqol və narkotikdən istifadə edib-etməməsi yoxlanılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + 10 =