Mafiyaya qarşı daha bir əməliyyat: 61 nəfər saxlanıldı

Mafiyaya qarşı daha bir əməliyyat: 61 nəfər saxlanıldı

Publika.az xəbər verir ki, əməliyyat ölkənin yeddi rayonunda 500-dən çox təhlükəsizlik əməkdaşının iştirakı ilə keçirilib.

Keçirilən reydlər nəticəsində 61 şübhəli saxlanılıb. Onlar klanın fəaliyyəti çərçivəsində dələduzluq, narkotik qaçaqmalçılığı, dövlət strukturlarına soxulmaq cəhdləri, yerli fermerləri şantaj etmək kimi müxtəlif cinayətlərdə şübhəli bilinirlər.

Xatırladaq ki, ötən həftə İtaliya da daxil olmaqla altı Avropa ölkəsinin hüquq-mühafizə orqanlarının əməkdaşları “Ndrangheta” klanının şübhəli üzvlərinə qarşı genişmiqyaslı reyd keçirib, nəticədə 100-dən çox insan saxlanılıb.

“Ndrangheta” İtaliyada və bütövlükdə Avropada ən güclü cinayət şəbəkələrindən biri hesab olunur.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + 5 =