Çin və Fransanın xarici işlər nazirləri telefonla danışdı

Çin və Fransanın xarici işlər nazirləri telefonla danışdı

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) saytında məlumat verilib.

“Çin və Fransa yüksək səviyyədə sıx əlaqələr saxlamalı, daima yeni əməkdaşlıq sahələrini araşdırmalıdırlar”, – məlumatda qeyd edilib.

Çin XİN başçısı iki ölkə arasında etibarlı təchizat zəncirinin təmin edilməsinin vacibliyinə diqqət çəkib.

“Beynəlxalq məsələlər üzrə əməkdaşlığı gücləndirmək, qlobal çağırışlara birgə mübarizə aparmaq lazımdır”, – o əlavə edib.

Onun sözlərinə görə, Pekin davamlı olaraq xarici iqtisadi əməkdaşlığa qoyulan məhdudiyyətlərin aradan qaldırılması siyasətini davam etdirəcək və intensiv inkişaf modelinin formalaşdırılmasına təkan verəcək.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 4 =