Fransanın dərdinə dərman tapılmayacaq – Yaxın gələcəkdə…

Fransanın dərdinə dərman tapılmayacaq – Yaxın gələcəkdə…

Publika.az xəbər verir ki, bu barədə Kalvados departamentinin senatoru Sonia de la Provote məlumat verib.

Senatorun sözlərinə görə, dərman çatışmazlığı bütün növ dərmanlara, o cümlədən antibiotiklərə təsir edib. Sonunculardan danışan senator apteklərə məhdud miqdarda, kiçik partiyalarla daxil olan amoksisillini misal çəkib.

“Bütün bunlar domino effekti yaradır, nəticədə tələbat olan antibiotiklər analoqlarla əvəzlənir və onlar da öz növbəsində qısa müddətdən sonra rəflərdən yoxa çıxırlar”.

Eyni zamanda senator qeyd edib ki, dərman qıtlığı ölkə üçün yeni hadisə deyil.

“Bizim praktiki olaraq öz dərman istehsalımız yoxdur, biz onu tədricən yenidən qurmağa başlayırıq”, – Provote deyib.

Qeyd edək ki, dərmanlar Fransaya Çin, Hindistan və ABŞ-dan göndərilir, burada parasetamol kimi aktiv maddələrin 60-80%-i istehsal olunur.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × two =