KİV: Almaniya 123 yeni “Leopard 2” tankı sifariş edə bilər

KİV: Almaniya 123 yeni “Leopard 2” tankı sifariş edə bilər

Almaniya hökuməti 123 yeni “Leopard 2” tankı sifariş edə bilər.

APA xəbər verir ki, bu barədə “Bloomberg“ agentliyi Almaniya Müdafiə Nazirliyindəki mənbələrinə əsasən məlumat yayıb.

Agentliyin məlumatına görə, Berlin Kiyevə hərbi texnika göndərdikdən sonra orduda yaranan çatışmazlığı kompensasiya etməyi planlaşdırır.

Belə ki, Almaniya hökuməti 18 yeni “Leopard 2” tankı almağa artıq hazır olduğunu bəyan edib və hərbi texnika çatışmazlığını aradan qaldırmaq üçün gələcəkdə əlavə 105 ədəd tank sifariş etməyi planlaşdırır.

Tank alışı üçün həyata keçiriləcək əməliyyatların ümumi məbləği 3,2 milyard dollar qiymətləndirilir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + 19 =