Bəhreynlilərin Qəzzə xalqına dəstəyi: Manama sionist rejimlə əlaqələrin qurulmasında yenidən nəzərdən keçirilməlidir-Video

Bəhreynlilərin Qəzzə xalqına dəstəyi: Manama sionist rejimlə əlaqələrin qurulmasında yenidən nəzərdən keçirilməlidir-Video

Bəhreynlilər küçələrə çıxaraq məzlum Qəzzə xalqına dəstək verərək işğalçı İsrail rejiminin fələstinlilərə qarşı cinayətlərini pisləyib və Manama-Təl-Əviv əlaqələrinin kəsilməsini tələb ediblər.

İRNA-nın ərəb mediasına istinadən bu gün (şənbə) verdiyi xəbərə görə, Bəhreynin müxtəlif bölgələri dünən və bu gün İsrail terror rejiminin Qəzzədə yaşayan fələstinlilərə qarşı cinayətlərinə etiraz etmək və bu bölgənin məzlum xalqına dəstək vermək üçün nümayişlərə şahid olub.

Bu xəbərə əsasən, bir çox bəhreynli Qəzzə xalqını dəstəkləyərək yürüşlər və etiraz toplantıları keçirmiş, şüarlar səsləndirərək Bəhreyn hökumətindən sionist rejimlə münasibətlərini yenidən nəzərdən keçirməsini tələb ediblər.

Bəhreynin Barbar bölgəsinin sakinləri dünən gecə və bu gün bir neçə yürüş keçirərək, “Hamımız Qəzzəliyık”, “Sükutumuz İslama xəyanətdir” və “Sionistlərlə güzəştə getmək ləkə, müqavimət isə iftixardır” kimi şüarlar səsləndirmiş və Qəzzə xalqına dəstək olduqlarını bəyan etmişlər.

Bəhreynin paytaxtı Manamanın qərbindəki Əd-Diraz bölgəsində İmam Sadiq (ə) məscidi ətrafındakı küçələr dünən axşam bu bölgə sakinlərinin Fələstin xalqı və müqavimət qruplarına dəstək yürüşünün şahidi olub.

Bəhreynlilər Fələstin müqavimətini dəstəkləyən pankart qaldıra və şüarlar səsləndirərək İsrail rejiminin bayrağını tapdalayıb və “Bəhreyn İslam torpağıdır və İsrail səfirliyinə yer yoxdur”, “İsrailə ölüm”, “Amerika böyük şeytandır”, “Qüdsü azad edəcəyik”, “Ləbbeykə Ya Hüseyn” və “Ləbbeykə Ya Şeyx İsa Qasim” şüarları səsləndirimiş və Bəhreynin sionist işğal rejimi ilə əlaqələrinin normallaşdırılmasını pisləmişlər.

Ərəb mediası da Qəzzə xalqına dəstək məqsədilə ölkə paytaxtının Parlament meydanında məğriblilərin genişmiqyaslı yürüşlərinin keçirilməsi barədə məlumat yayıb.

Bu xəbərə əsasən, Məğribin mülki təşkilatları bu ölkənin xalqından bu təşkilatların təşkil edəcəyi nümayişlərdə Fələstinin idealını müdafiə etmələrini və sionist rejimin Fələstin xalqına qarşı terror hərəkətlərini pisləmələrini istəyiblər.

Məğrib vətəndaş təşkilatları həmçinin ərəb və İslam xalqları və dünyanın azad xalqlarını irqçi sionist rejimlə mübarizədə Fələstin xalqına dəstək olmaq üçün bütün sahələrdə öz səylərindən istifadə etməyə çağırıblar.

Onlar İsrail rejimi ilə imzalanmış və güzəştə gedən ölkələrdən sionist rejimin Fələstin xalqı və müqavimət qruplarına qarşı cinayət və sui-qəsdlərinə cavab olaraq İsrail rejimi ilə bütün əlaqələrin kəsildiyini dərhal elan etmələrini istəyiblər.

Bununla əlaqədar olaraq, sionist rejimin Qəzzə xalqına qarşı cinayətlərinə reaksiya olaraq dünyanın digər bölgələrində, o cümlədən, Danimarkada və İspaniyanın “Mursiya” şəhərində Fələstin xalqına dəstək üçün böyük yürüşlər keçirilib.

Həmçinin bu gün (şənbə günü) Londonda Qəzzə xalqına dəstək və sionist rejimin cinayətlərini pisləyən nümayişin keçirilməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 4 =