İranın Amerika strategiyasına ölümcül zərbəsi/Nəsrullahın mesajı və Tel-Əviv böhranı

İranın Amerika strategiyasına ölümcül zərbəsi/Nəsrullahın mesajı və Tel-Əviv böhranı

Sionist rejimlə raket döyüşündə Fələstin müqavimətinin gücü və Livan Hizbullahının baş katibinin Fələstin müqavimətinə mesajı ərəb dünyasının aparıcı qəzetlərinin birinci səhifələrində işıqlandırılan məsələlərdəndir.

Sionist rejimin Qəzzə zolağına qarşı hücumları davam edərkən, Fələstin müqaviməti işğal olunmuş ərazilərə raket zərbələri endirməklə hərbi qüdrətini sübut edib.

Bu arada, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın Fələstin müqavimətinə dəstək verməklə bağlı mesajı sionist rejimin böhranını daha da gücləndirib.

Tanınmış misirli analitiklərdən Abdullah Əl-Əşəlın məqaləsini dərc edən “Rəy Əl-Yəvm” qəzeti belə yazıb: İnkar edilə bilməyən beş fakt var:

Birinci, Amerika sionist rejimi dəstəkləməyi bu ölkənin mühüm maraqlarından biri hesab edir və İranın və müqavimət cəbhəsinin bu ölkəyə qalib gəlməsini qəbul edə bilməz.

İkinci, İran İslam inqilabı Amerika və sionist rejimin strategiyasına güclü zərbə vurdu və Amerikanın bu inqilabı zərərsizləşdirmək və onu mühasirəyə almaq üçün bütün səyləri uğursuzluğa düçar oldu.

Üçüncü, Sionist rejim fələstinliləri öz torpaqlarından qovmaqda və onların yerində dünya yəhudilərini yerləşdirməkdə israrlıdır və bu səbəbdən ərəb dünyasının bütün problemlərində bu rejimin əli görünməkdədir.

Dördüncü, İran bu ölkənin bütün sui-qəsdlərinə qarşı durur və durmaqdadır və hələ də ən böyük təhlükənin sionist rejim olduğuna inanır.

Beşinci, Amerika Suriya və İran arasında ittifaqı poza bilmədi və bu ölkənin regionda köklü maraqları sionist rejimin mövcudluğu ilə bağlıdır.

Əl-Ərəbiyyəl-Cədid qəzeti Fələstində baş verən hadisələrə toxunaraq yazıb:

Fələstin müqavimət raketləri sionist rejimlə qarşıdurma başlayandan bəri ilk dəfə olaraq işğal olunmuş Qüdsü hədəf alıb. Bu, sionist rejimin İslami Cihad liderlərinə sui-qəsd siyasətini davam etdirdiyi bir vaxtda baş verib.

Bu qəzet İordaniya nümayəndəsinin həbsindən sonra İordaniya ilə sionist rejim arasında yaranmış gərginliyə toxunaraq yazıb:

Bu hadisə İordaniya ilə sionist rejim arasında münasibətləri çox gərginləşdirdi. İordaniya diplomatik sistemi sionist rejimin təhlükəsizlik qurumlarına nəzarət edən ekstremist qrupla real və şiddətli döyüşə girdi.

Bu münasibətlər misli görünməmiş bir şəkildə sınaqdan keçirildi, çünki İordaniya sionist rejimə təzyiq göstərdikdən və yuxarıda sözgedən nümayəndənin azad edilməsindən sonra Əmmanın Tel-Əvivlə qarşı-qarşıya gəlmək gücü göstərildi.

Livanın “Əl-Bəna” qəzeti Fələstində baş verən hadisələrə toxunaraq yazıb: Fələstindəki vəziyyət müqavimət qüvvələrinin bu qüvvələrin rəhbərlərinin öldürülməsinə baxmayaraq, raket hücumlarını davam etdirməyə qadir olduqlarını göstərdi.

Eyni zamanda, sionist rejim başçıları müqavimət liderlərinə qarşı sui-qəsddə əldə etdikləri nailiyyətlərlə öyünürlər ki, bu da mühacirlərin həyatında qorxu və vahiməyə səbəb olub.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın çıxışı sionist rejimin hazırkı böhranını daha da gücləndirdi, çünki bu, nə Qəzzə, nə də İslami Cihad hərəkatının tək qalmayacağını göstərdi.

Müqavimət oxu öz qruplarının birliyini sübut etdi. Nəsrullahın Livan müqavimətinin Fələstin müqavimətini dəstəkləməsi mesajı sionist rejimin mediasında manşet olmaq üçün kifayət idi.

 “Middle East” qəzeti Fars körfəzi regionunda baş verən hadisələrə toxunaraq yazıb: Amerika “İranın regionda artan təhdidləri” kimi təsvir etdiyi şeyin kölgəsində daha çox hərbi texnika göndərməyi planlaşdırır.

Bu aksiya İranın Fars körfəzi sularında iki neft tankerini ələ keçirməsindən sonra baş verir. Fars körfəzinin suları ötən illər ərzində ardıcıl gərginliyin şahidi olub, sonuncu gərginlik mayın 3-nə təsadüf edir və İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən Panama bayrağı altında üzən neft tankerini ələ keçirib.

Yəmənin “Əl-Məsirə” qəzeti bu hadisələrə toxunaraq yazıb: “Ənsarullah” rəsmiləri hesab edirlər ki, sionist rejimin hərəkətləri öldürmək və razılaşmanı pozmaq yolunu tutmuş yəhudilərin cinayətkar ruhunun uzantısıdır.

Ənsarullah sionist düşmənin cinayətlərinə cavab vermək üçün Fələstin müqavimətinin bütün variantlarını dəstəkləyir. Yəmən Fələstin müqavimətindən maliyyə dəstəyi və silah istəyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 5 =