Qəzzədən işğal olunmuş ərazilərə 1099 raket atılıb

Qəzzədən işğal olunmuş ərazilərə 1099 raket atılıb

Sionist ordu Qəzzə zolağında Fələstin müqaviməti ilə toqquşmaların yeni raundunun son statistikasını açıqlayıb.

Mehr xəbər agentliyinin Şahab News saytına istinadən verdiyi məlumata görə, bu gün şənbə günü Qəzzədə Fələstin müqaviməti ilə sionist ordu arasında toqquşmaların beşinci günündə İsrail ordusunun sözçüsü yeni bəyanat yayıb.

Sionist ordunun sözçüsü etiraf edib ki, Qəzzədə müqavimətlə toqquşmaların yeni mərhələsi başlayandan indiyədək işğal olunmuş ərazilərə doğru 1099 raket atılıb.

O, əlavə edib: Bu sayda raketdən 865-i Qəzza ilə yaşayış məntəqələri arasındakı sərhədi keçərək İsrail ərazisinə daxil olub.

Sionist rejimin sözçüsünün sözlərinə görə, “Dəmir günbəz” raketdən müdafiə sistemi yalnız 340 müqavimət raketi ilə mübarizə aparmaq və onları məhv etmək gücündə olub.

İsrail ordusu həmçinin Qəzza zolağında indiyədək İslami Cihada məxsus 325 hərbi hədəfi hədəf aldığını iddia edib.

Bu arada Fələstin mənbələri münaqişənin beşinci günündə də Qəzzədən işğal olunmuş ərazilərə raket atışlarının davam etdiyini bildirir.

Məlumata görə, Fələstin müqavimətinin “Şəhidlərin qisası” əməliyyatı kimi tanınan raket əməliyyatı zamanı 2 sionist öldürülüb, 57 nəfər isə yaralanıb.

Qəzzə zolağında sionist rejimin təcavüzü nəticəsində fələstinli şəhidlərin sayı 33-ə, yaralıların sayı isə 147-yə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 3 =