İslami Cihad: Biz düşmənin müqavimət arasında ixtilaf yaratmaq planını pozduq

İslami Cihad: Biz düşmənin müqavimət arasında ixtilaf yaratmaq planını pozduq

Fələstin İslami Cihad Hərəkatının siyasi bürosunun üzvü sionist düşmənin müqavimət qruplarını parçalamaq imkanından məhrum olduğuna işarə edərək, sionistlərin məqsədinin ixtilaf yaratmaq olduğunu bildirib.

Fələstin İslami Cihad Hərəkatının Siyasi Bürosunun üzvü Əli Əbu Şahin bu şənbə günü axşam saatlarında bu gecə həyata keçirilən atəşkəs razılaşmasına cavab olaraq vurğulayıb ki, bu məsələ Fələstin xalqının iradəsinin qələbəsidir və biz bunu Fələstin şəhidlərinə təqdim edirik.

İslami Cihadın Fələstin xalqının dəstəyi və müqavimət oxu ilə sionist düşmənə qarşı durduğunu bildirən Əbu Şahin Əl-Məsirə xəbər kanalına deyib: Millətimiz ərəb ölkələrini bir neçə saat ərzində işğal edə biləcək bir rejimə qarşı durdu.

İbrani və ərəb xəbər mənbələri bu gün axşam saatlarında Qəzzədə müqavimət qrupları ilə sionistlər arasında beş gün davam edən genişmiqyaslı döyüşlərdən sonra atəşkəsin əldə olunduğunu bildiriblər. Atəşkəs yerli vaxtla saat 22:00-da qüvvəyə minib. Bu razılaşma tam atəşkəsi və mülki əhalinin öldürülməsini və evlərin dağıdılmasını dayandırmağı ehtiva edir.

Bu danışıqlarda vasitəçi rolunu oynayan Misir Fələstin və İsrail tərəflərinin atəşkəslə razılaşdıqlarını bir bəyanat yayımlayaraq açıqlayıb. Qahirə də tərəfləri razılaşmanın icrasına təşviq edib və onlarla əlaqə saxlayaraq sazişin icrası prosesini izləyəcəyini bildirib.

O, sionist baş nazir Benyamin Netanyahunun qürurla İslami Cihadın hərbi infrastrukturunu məhv edəcəyini iddia etdiyinə işarə edərək davam edib:

“Raket hücumları onun yalan danışdığını, müqavimətin vəziyyətinin yaxşı olduğunu göstərdi. İordan çayının qərb sahilində xalqımız üçün düşmən qarşısında sədd kimi olan İslami Cihadın iradəsini düşmən qıra bilmədi.”

Son beş günlük müharibədə döyüş meydanlarının birliyini vurğulayan bu Cihad rəsmisi belə aydınlıq gətirib: Biz atəşkəs razılaşmasında millətimizin mənafeyini nəzərə aldıq. Biz razılaşmaya bir şərtlə əməl edirik ki, düşmən mülki şəxslərə hücum etməsin və əgər bunu pozarsa, biz bu razılaşmanı ləğv edəcəyik.

Əbu Şahin terror siyasətini dayandırmağın İslami Cihadın tələbi olduğunu bildirdi və dedi: Biz yalnız bu münaqişənin bitməsindən danışırıq. Bu, düşmənlə kompromis razılaşması deyil. Bu raundda Sərayəl-Qüds raketləri atdı, lakin müqavimət qrupları da dəstək verdi.

Sionist düşmənin müqavimət qruplarını parçalamaq imkanından məhrum olduğuna işarə edərək, düşmənin ixtilaf axtardığına, lakin müqavimətin sayıqlıqla mövqeləri bərabərləşdirdiyinə işarə edib. Raket müqavimət əlamətidir və düşmənə hər hansı digər təcavüzlə üzləşməyə hazır olduğu mesajını verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 10 =