Özbəkistanla Qazaxıstan birgə hərbi təlimlərə başlayıb

Özbəkistanla Qazaxıstan birgə hərbi təlimlərə başlayıb

Özbəkistanla Qazaxıstan birgə “Qalxan-2023” hərbi təlimlərinə başlayıb.

APA xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, təlimlər Özbəkistanda “Anqren” poliqonunda keçirilir.

“Özbəkistan və Qazaxıstan Silahlı Qüvvələri bölmələrinin regionda mümkün təhlükələrin dəf edilməsində birgə fəaliyyətin təmin edilməsi üçün Daşkənd hərbi dairəsinin poliqonunda “Qalxan-2023” hərbi təlimləri başlayıb”, – nazirlikdən bildirilib.

Həmçinin əlavə olunub ki, hazırda regiona yaxın ərazilərdə silahlı münaqişələr baş verir və bu, Özbəkistanla Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığın daha da möhkəmlənməsinə təkan verir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × two =