Birləşmiş Millətlər Təşkilatında ilk dəfə olaraq “Nikbə günü” mərasimi keçirilib

Birləşmiş Millətlər Təşkilatında ilk dəfə olaraq “Nikbə günü” mərasimi keçirilib

Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər sionist rejimin qurulmasından sonra ilk dəfə olaraq Fələstin xalqına qarşı etnik təmizləmə və sionist rejimin qurulması gününü anmaq üçün mərasim keçiriblər.

Mehr Xəbər Agentliyinin Əl-Məyadin-ə istinadən verdiyi məlumata görə, sionist rejim və ABŞ-ın təzyiqləri və intensiv məsləhətləşmələrinə baxmayaraq, BMT üzvləri . ilk dəfə sionist rejimin yaranma günü (Nikbə günü) məzlum Fələstin xalqına qarşı etnik təmizləmənin 75-ci ildönümü ilə bağlı anım mərasimi keçiriblər.

Sionist rejim mediasının xəbərlərinə görə, bu rejimin BMT-dəki nümayəndəsi Gilad Ardan ölkələrin səfirləri və nümayəndələrinin bu mərasimdə iştirakına mane olmasına çox çalışıb.

14 may 1948 “Nikbə günü” olaraq adlandırılan və çoxlu sayda Fələstin əhalisinin i vəhşicəsinə öldürülməsi və didərgin salınmasının mənbəyi olan gündür.

Nikbə günü həm də saxta sionist rejimin Fələstində varlığını elan etdiyi və bu ölkənin torpaqlarının təxminən 80%-ni işğal etdiyi gündür. Bu gün Fələstin xalqının məcburi köçü və dünyanın hər yerindən yəhudilərin işğal olunmuş torpaqlara daxil olması baş verib, nəticədə 531 fələstinli şəhid olub, Fələstin əhalisinin 85%-i didərgin düşüb.

1948-ci ildə Nikbə günündən sonrakı günlər ərzində ən azı 15.000 fələstinli şəhid olub və 750.000 fələstinli öz ölkələrindən qovulub. Bu rəqəm o zaman Fələstin əhalisinin yarıdan çoxu idi. Ümumilikdə, fələstinlilərin 70%-i qovulub və ya öz evlərini tərk etməyə məcbur olub.

1948-1950-ci illər arasında Fələstinin rəsmi işğalının başlaması ilə 530-dan çox Fələstinin şəhər və kəndi dağıdılıb. Bu dağıntıların çoxu məcburi köçkün fələstinlilərin öz evlərinə qayıda bilmədiyi üçün baş verib. Son 75 ildə 100 mindən çox fələstinli birbaşa güllələrlə öldürülüb, bir milyon insan həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 5 =