Məmurlara qadağa: Yalnız prezidentin icazəsi ilə ölkədən çıxacaqlar
Publika.az xəbər verir ki, bu barədə Belarusun hüquq portalında məlumat yayılıb. Qanuna dəyişikliklər mayın 16-da dərc olunub.
Qadağa “siyasi inzibatçılara” şamil edilir və onlar ölkəni yalnız DTK-nın icazəsi ilə tərk edə bilərlər.
Belarus DTK-sı təkcə dövlət təhlükəsizlik orqanlarında profilaktik qeydiyyatda olanların deyil, həm də “gedişi” Belarusun milli təhlükəsizliyinin maraqlarına zidd olan şəxslərin də ölkədən çıxışını məhdudlaşdıra bilər.
Publika.az