ABŞ-ın maliyyə naziri iyunun 1-ni ölkədə müvəqqəti defolt tarixi adlandırıb
ABŞ-da iyunun 1-də şərti defolt elan oluna bilər.
APA xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Canet Yelle Konqresə məktubunda bildirib.
Qeyd olunur ki, o, borc həddinin dərhal artırılmasını da tələb edib.
Məktubda deyilir: “Maliyyə Nazirliyi, çox güman ki, iyunun 1-də artıq bütün hökumət öhdəlikləri üçün cavab verə bilməyəcək”.
Bundan əvvəl ABŞ prezidenti Co Baydenin ölkədə defoltun qarşısını almaq üçün respublikaçılarla danışıqlarda irəliləyiş olmadığını bildirirdi.
Apa.az