Maduro ölkəsinin Amerika Dövlətləri Təşkilatına qayıtmayacağını bəyan edib

Maduro ölkəsinin Amerika Dövlətləri Təşkilatına qayıtmayacağını bəyan edib

Venesuela prezidenti Nikolas Maduro ölkəsinin heç vaxt Amerika Dövlətləri Təşkilatına (ADT) qayıtmayacağını bəyan edib.

APA xəbər verir ki, o, bu barədə “Venezolana de Televisión” dövlət telekanalının efirində bildirib.

Maduro hesab edir ki, ADT ləğv edilməlidir. Prezidentin sözlərinə görə, təşkilat 70 il ərzində Latın Amerikası və Karib hövzəsində, Çili, Braziliya, Honduras, Paraqvay, Boliviya kimi ölkələrdə bütün dövlət çevrilişlərini və müdaxilələri təsdiqləyib. Buna görə də Maduro vurğulayıb ki, Venesuela ADT-dan ayrılıb və heç vaxt ona qayıtmayacaq.

Maduro qeyd etdiyi kimi, ADT “dəhşətli bir tarixə” malikdir və indi “heç nəyə, yoxa çıxmalı olan xarabalığa” çevrilib.

O, təşkilatın “qorxulu sinizm və müdaxilə muzeyi” olmağa layiq olduğunu bildirdi.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + twenty =