Sionist əsgərlər Cənin düşərgəsinə hücum edərək bir fələstinli zabiti həbs edib

Sionist əsgərlər Cənin düşərgəsinə hücum edərək bir fələstinli zabiti həbs edib

Sionist rejimin əsgərləri fələstinlilərə qarşı cinayətlərinin davamı olaraq İordan çayının qərb sahilindəki Cənin düşərgəsinə hücum ediblər.

Çərşənbə axşamı səhər İsrail ordusu İordan çayının qərb sahilindəki Cənin düşərgəsinə basqın edib və son atışmalarda iştirak etmək bəhanəsi ilə bir fələstinli zabiti həbs edib.

Fələstin mediası bu düşərgə ətrafında sionist əsgərlərlə fələstinlilər arasında silahlı qarşıdurmanın baş verdiyini bildirib.

İslami Cihad hərəkatının hərbi qanadı olan Sərayəl-Qüdsə bağlı “Cənin briqadası” da bir bəyanatla elan edib: “Döyüşçülərimiz Cənin düşərgəsi ətrafında sionist rejim əsgərlərini hədəfə alıblar.”

Fələstinin “Səma” internet saytının xəbərinə görə, Fələstin Səhiyyə Nazirliyi Cənin şəhərində bir fələstinli gəncin sionist əsgərlər tərəfindən qarnından vurularaq xəstəxanaya aparıldığını və daha iki nəfərin də yaralandığını bildirib.

Sionist radiosu həmçinin bu rejim ordusunun son atışmalara cavabdeh olan fələstinli polis zabiti Məhəmməd Əl-Əsməri həbs etdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + eighteen =