London Ukraynaya 300-dən çox zirehli texnika çatdırıb

London Ukraynaya 300-dən çox zirehli texnika çatdırıb

Londonun əvvəllər Kiyevə təhvil verəcəyinə söz verdiyi 300-dən çox zirehli texnika Ukraynaya çatdırılıb.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippinin parlament sorğusuna verdiyi yazılı cavabda deyilir.

Qeyd edək ki, Rusiya Federasiyasının Ukraynaya hücumlarına başladıqdan sonra Londonun Kiyevə verdiyi hərbi yardımın ümumi məbləği 4,6 milyard funt-sterlinqə (indiki məzənnə ilə 5,8 milyard dollar) çatır. Bu göstəriciyə görə Böyük Britaniya Ukraynanın bütün müttəfiqləri arasında (ABŞ-dan sonra) ikinci yerdədir. Londonun Ukrayna Silahlı Qüvvələrinə təhvil verdiyi hərbi texnikalar arasında: 250-300 km mənzilli “Storm Shadow” havadan buraxılan raketlər, M270 reaktiv reaktiv raket sistemləri və “Brimstone” dəqiq idarə olunan raketləri, 14 ədəd “Challenger 2” əsas döyüş tankı da var.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 16 =