Misir: Suriyanın Ərəb Liqasına qayıtmasının bu ölkədəki böhranın həllinə kömək etməsini gözləyirik

Misir: Suriyanın Ərəb Liqasına qayıtmasının bu ölkədəki böhranın həllinə kömək etməsini gözləyirik

Misir Prezidentinin sözçüsü bildirib ki, ölkə Suriyanın Ərəb Liqasına qayıtmasının ölkədəki böhranın sülh yolu ilə həllinə yardım edəcəyini gözləyir.

Misir Prezidentinin sözçüsü bildirib ki, Fələstin məsələsi Misir prezidenti Əbdülfəttah Əs-Sisinin Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ərəb Liqasının sammitində çıxışının ən mühüm mövzularından biri olacaq.

O, həmçinin bildirib ki, Sudan böhranı Misirin Ciddə sammitində prioritetlərindən biridir. Biz Suriyanın Ərəb Liqasına qaytarılmasının bu ölkədəki böhranın sülh yolu ilə həllinə kömək edəcəyini gözləyirik.

Suriya Prezidenti Bəşər Əsəd Ərəb Liqasının sammitində iştirak etmək üçün Səudiyyə kralı Salman bin Əbdüləzizin dəvəti ilə dünən axşam saatlarında Ciddəyə gəlib.

Əsədin bu görüşdə iştirakı Suriyanın on ildən çox davam edən müharibə, sanksiyalar və təcriddən sonra ilk dəfədir.

Mayın 7-də Ərəb Liqasının xarici işlər nazirləri fövqəladə iclasda Dəməşqin bu regional qurumdakı üzvlüyünün dayandırılmasının ləğvini, başqa sözlə, Suriyanın Birliyə qayıtma qərarını açıqladılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + five =