Putin Lavrovun müavinini işdən çıxartdı
Publika.az xəbər verir ki, müvafiq fərman hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Sənəddə deyilir ki, fərman imzalandığı gündən – mayın 19-dan qüvvəyə minir. İşdən çıxarılma səbəbləri açıqlanmayıb. Xarici işlər nazirinin müavini postunu kimin tutacağı barədə də məlumat yoxdur.
Bildirilir ki, Sıromolotov 2015-ci ilin martında Rusiya Xarici İşlər Nazirliyinin terrorizmlə mübarizə üzrə rəhbərinin müavini təyin edilmişdi. Bundan əvvəl o, 2004-2015-ci illərdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əks-kəşfiyyatına rəhbərlik edib.
Publika.az