Məscidül-Əqsada bir əsgər və bir neçə sionist mühacirlər yaralanıb
Fələstin mediası işğal altındakı Qüds şəhərinin köhnə hissəsində və Məscidül-Əqsa ətrafında sionistlərlə fələstinlilər arasında toqquşmanın baş verdiyini bildirib.
Bu mənbələrin məlumatına görə, sionist ordusunun Babəl-Əsbatda ibadət edənlərə hücumu nəticəsində çoxlu sayda Fələstin vətəndaşı yaralanıb.
“Şahab News” saytının xəbərinə görə, sionist əsgərlərdən biri də Məscidül-Əqsanın həyətlərinin birində dindarlarla toqquşmada yaralanıb, bundan əlavə, üç sionist mühacirlər də fələstinlilərin daş atmalarının hədəfinə çevrilib və yaralanıb.
Yüzlərlə sionist mühacir də cümə namazından əvvəl Qüdsün köhnə hissəsindəki Babus-Sahərə bölgəsinə və Məscidül-Əqsa ətrafına hücum edib.
Sionist mühacirlər həmçinin Babur-Rəhmə məqbərəsinə hücum edərək, Babəl-Əsbat yaxınlığında fələstinlilərin avtomobillərinin şüşələrini sındırmış və bu maşınlara xeyli ziyan vurmuşlar.
Sionist mühacirlər də Babəl-Əsbata hücum edərək Məscidül-Əqsaya hərəkət edən fələstinli ibadətçilərə hücum ediblər.
Cümə axşamı (dünən) ekstremist sionist rejimin minlərlə sakini və nazirləri Qüdsdə bayraq yürüşündə iştirak edərək 1967-ci ildə Qüdsün şərq hissəsinin işğalının ildönümünü qeyd ediblər.