Maariv: Səudiyyə Ərəbistanı İsraillə normallaşmanı istəmir

Maariv: Səudiyyə Ərəbistanı İsraillə normallaşmanı istəmir

İbranicə “Maariv” qəzeti bölgədəki hadisələr və Ciddə görüşü ilə bağlı xəbər dərc edərək yazıb: “Səudiyyə Ərəbistanı indi İsraillə normallaşmanı istəmir və işarələri anlamaq vaxtı çatıb.”

Dünən (19 may, cümə) Ciddə görüşündən sonra ibranidilli “Maariv” qəzeti Səudiyyə Ərəbistanının indi “İsraillə normallaşmaq istəmədiyini” və “işarələri anlamaq” vaxtı gəldiyini yazıb.

Əl-Məyadinin xəbərinə görə, Maariv yazıb: Bu fırtınalı günlərdə xəbərləri izləyən hər kəs İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması perspektivi ilə bağlı heç nəyin dəyişmədiyini düşünəcək.

Bu İbrani qəzeti öz xəbərində əlavə edib: “Səudiyyə sarayının tezliklə İsraillə isti münasibətlər qurmağa razı olması təəccüblü olacaq və bu şübhə təkcə Səudiyyə Ərəbistanının İsraillə bağlı mülahizələrinə görə deyil, məhz amerikalılara görədir.

 “Maariv”in məlumatına görə, Ər-Riyad Vaşinqtonun dostu kimi ən azı iranlıların nüvə məsələsində amerikalılardan əldə etdiyi şeyi amerikalılardan almağın intizarındadır.

Eyni xəbərin davamında oxuyuruq: “Vaşinqton illərdir Ər-Riyada bu cür güzəştlərdən yayınır və səudiyyəlilərin İran və Çinin qucağına düşməkdən başqa çarəsi yox idi.”

Bu ibrani qəzeti İran-Səudiyyə münasibətlərini izah edərkən yazıb: Səudiyyə Ərəbistanı ilə İran arasında barışıq prosesi hələ ilkin mərhələdədir, ona görə də Səudiyyənin İsraillə normallaşması bu mərhələdə mümkün olmayacaq.

Səudiyyəlilər İranla barışıq buxovlarından azad olsalar belə, ağır bir şəxsi məsələnin (Ağ Evin Ər-Riyadla keçmiş davranışı) masada olduğuna işarə edərək Maariv yazıb: “Ər-Riyaddakı həlledici şəxs, vəliəhd Məhəmməd bin Salman Prezident Baydenə bu gözəl hədiyyəni verməyə tələsməyəcək.”

Bu ibrani qəzet Co Baydenin prezidentliyinin əvvəlindən Vaşinqton-Ər-Riyad münasibətlərinin hədsiz soyuqluğunu vurğulayarkən qeyd edirdi: Əsasən İsrail səudiyyəlilərin əlində oyuncaq kimidır, yəni, səudiyyəlilər amerikalılardan xeyir görsələr, onu götürəcəklər, əks halda bir kənara tullayacaqlar.

 “The New York Times” qəzeti yazıb ki, Səudiyyə vəliəhdi İsrailin işğalçı rejimi ilə münasibətləri normallaşdırmaq üçün ABŞ prezidenti Co Baydendən mülki nüvə proqramı və təhlükəsizlik zəmanəti istəyir.

İran və Səudiyyə Ərəbistanı arasında diplomatik razılaşmadan sonra sionist rejimin bu razılaşmanın siyasi nəticələrindən qorxusu artıb.

İbrani “Maariv” qəzetinin dərc etdiyi başqa bir xəbərdə İranın Yaxın Şərqdə əldə etdiyi əhəmiyyətli irəliləyişdən bəhs edilib və Tel-Əvivin regional hadisələrdən kənarda qalması təsvir edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − eight =