Keyn möhtəşəm qol vurdu, “Tottenhem” öz meydanında məğlub oldu

Keyn möhtəşəm qol vurdu, “Tottenhem” öz meydanında məğlub oldu

İngiltərə Premyer Liqasında 37-ci tura start verilib.

Oxu.Az xəbər verir ki, açılış matçında “Tottenhem” “Brentford”u qəbul edib.

Görüş qonaqların qələbəsi ilə başa çatıb – 3:1. Hesabı 8-ci dəqiqədə möhtəşəm zərbə ilə Harri Keyn açıb. Lakin 50 və 62-ci dəqiqələrdə Brayan Mbuemo “Brentford”u önə keçirib. 88-ci dəqiqədə isə Yoane Uissa “Brentford”un 3:1 hesablı qələbəsini rəsmiləşdirib.

Məğlubiyyətdən sonra “Tottenhem” 57 xalla 7-ci pillədə qərarlaşıb. Xallarını 56-ya çatdıran “Brentford” 9-cudur.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − three =