“Şahid 136” – sionistlərin kabusu

“Şahid 136” – sionistlərin kabusu

Sionist media İranın “Şahid 136” pilotsuz təyyarəsinin yüksək partlayıcı gücə malik olduğunu və radarlar bu dronu asanlıqla müəyyən edə bilmədiyini, həmçinin, ondan həssas və strateji mövqeləri hədəf almaq üçün istifadə olunduğunu bildirir.

Sionist mənbələr İrana məxsus “Şahid 136” pilotsuz təyyarəsinin yüksək dəqiqlik gücünə malik olduğunu və hədəfləri vurduğu halda ağır ziyan vurduğunu bildirir.

Şənbə günü axşam saatlarında Fələstinin “Səma” internet saytı bir xəbərdə yazıb: “İranın “Şahid 136” pilotsuz təyyarəsi yüksək qüdrəti və həssas və strateji mövqelərə zərbə endirmək qabiliyyətinə görə İsraildə dəhşət yaradıb.

Bu fələstinli internet saytı sionist “Maariv” qəzetinə istinadən əlavə edib: “İran effektivlik və xərc baxımından ən dəqiq hücum silahını istehsal edib.

Bu intiharçı dron silahı hədəfləri dəqiqliklə vura bilən “Şahid 136”dır.

Bu sionist media daha sonra əlavə edir ki, bu intiharçı pilotsuz uçan aparat 2500 km məsafədəki hədəflərinə çata bilir və 50 kq döyüş başlığı ilə təchiz olunub və sürəti saatda 185 km olaraq təxmin edilir.

Eyni zamanda, Maariv iddia edir ki, sionist rejimin müqavimət qüvvələri ilə müharibədə keçən həftə iki dəfə işə salınan “Sehrli çubuq” müdafiə sistemi bu cür təhdidlərlə mübarizə üçün nəzərdə tutulub.

Bununla belə, bu sistemin hər raketinin dəyəri bir milyon dollar qiymətləndirilir ki, bu da bu drondan 17 dəfə çoxdur.

Səma internet saytı “Dron müharibəsi” kitabının müəllifi və sionist “Jerusalem Post” qəzetinin hərbi analitiki Sis Frantsmana istinadən yazır ki, İranın pilotsuz təyyarələr proqramı regionda bir çox tərəflər, xüsusilə də İsrail üçün narahatlıq yaradır.

Frantsman iddia edir ki, bu kiçik dronların çəkisi, təxminən, 200 kq, qiyməti isə 20 ilə 50 min dollar arasında qiymətləndirilir.

Bu hesabatda Şahid pilotsuz uçan aparatların yavaş uçuşu və alçaq hündürlükdə hərəkət etməsi səbəbindən qruplar halında göndərildiyi və çoxlu sayda hava hücumundan müdafiə sistemləri ilə ələ keçirilə biləcəyi iddia edilir.

Lakin bu media etiraf edir ki, Şahid pilotsuz uçan aparatlar hədəfə çatsa, çoxlu sayda partlayıcı daşıdıqları üçün həddən artıq dağıntılara səbəb olacaq. Digər tərəfdən, kiçik ölçülərinə görə radarlar bu dronları asanlıqla müəyyən edə bilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 1 =